HƏZRƏT İMAM HADİNİN(ə) QURANIN ALLAH KƏLAMI OLMASI HAQQINDA BUYURDUĞU HƏDİS

:

Azğın əqidələrlə mübarizə aparmaq va insanlara düzgün yolu göstərmək Məsum İmamların (ə) qarşısında dayanan İlahi bir vazifə olduğundan bu mövzuda da onların istiqamətləndirmələrinə nəzər salaq.

Məsum imamlar (ə) müsəlmanları bu cür boş və faydasz mübahisələrdən uzaq olmaga çağırmışlar. Rəyyan ibn Salt İmam Rzadan (ə) soruşur:"Quran barədə sizin fikriniz nədir?" O Həzrət buyurur: "Quran Allah kəlamıdır vəssəlam. Bu barədə bundan artıq bəhs etməyin, yoxsa yolunuzu azarsınız"
İmam Nəqinin (ə) bu barədə buyurduğu hədis isa bir qədər genişdir.O Həzrət Bağdad şiələrindən birinin verdiyi suala bela cavab yazır:1
"Bismilləhir-rahmənir-rahim. Allah bizi va səni bu fitnəyə düçar olmaqdan qorusun! Belə olduğu təqdirdə, O (Allah), bizə ən böyük nemət bəxş etmiş olar. Əks təqdirdə nəsibimiz azğınlıq va həlakətdir. Bizim fikrimizcə, Quran barədə sual etmək (Quran məxluqdur, yoxsa qadim?) bir bidətdir ki, həm sual veran, həm də cavab verən onda şərikdir. Çunki sual verən səlahiyyəti catmadiğı bir şey haqqında soruşur, cavab verən isə qüdrəti çatmadığı bir şey barədə özünü əbəs yerə zəhmətə salır.
Yaradan məhz Allahdır və Ondan başqa hamı məxluqdur (yaranmışdır). Quran da Allah kəlamıdır. Özündən onun üçün başqa bir ad çıxarma,yoxsa, azğınlardan olarsan. Allah bizi va səni bu ayəda buyurduğu şəxslərdən etsin: "(Müttəqilər) o kəslərdir ki, onlar gizlində öz Rəbbindən qorxar va Qiyamətdən xoflanarlar."2
İmamların (ə) bu göstərişləri şiələri boş va mənasız mübahisələrdən uzaq edib onları bidətə va azğınçılığa düşməkdən qoruyur3

Kitabın adı: Məsum İmamların Tarixi
Müəllif:Mehdi Pişvayi
Hazırladı:Rəsul Mahmudzadə


1. Səduq,"ət-Tohid", s. 224.
2. "Ənbiya" surasi, ayə: 49.
3. Imam Sadiq (a) isa Əməşə belə buyurmuşdur: "Quran Allahin kəlamıdır; nə xaliqdir, nə də məxluq" (əl-Xisal, c.2,s.609; Biharul-ənvar, c.10, s.228).

Tags: İMAM HADİ (ə), İMAM NƏQİ (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!