Haqqımızda

:

Bismillahir-Rəhmanir-Rəhim
Allahın salam və salavatı olsun Həzrət Muhəmməd Peyğəmbərə və Onun pak sülaləsindən olan İmamlara.

Hörmətli Oxucu! Salamun əleykum.

www.Rizvan.net” İslam Maarifi Jurnalıdır.
İnsan, hər zaman arzusunda olduğu Quranda “rizvan” adlanan həqiqi və əbədi xoşbəxtliyə yalnız Allaha ibadət və itaətlə nail ola bilər. Adəm övladının elminin zəif olub Ali varlığı yüksək səviyyədə tanımaq üçün yetərli olmadığına görə Tanrıya layiqli bəndəliyin yollarını bəşəriyyətə təlim vermək üçün Allah tərəfindən peyğəmbərlər gəlmiş və kitablar nazil olmuşdur.

Rizvan.Net saytı, təkamül nüsxəsi Qurani Kərimin təlimləri və Allah elçiləri xüsusən bu mübarək silsilənin sonuncu incisi Hz. Məhəmməd (s) və Onun Pak Əhli-beyti (ə)-nin müsəlmanlar üçün ərməğan etdiyi nurlu kəlamlarını oxuculara çatdırmaq məqsədilə bir qrup din xadimi və tələbə tərəfindən yaradılmışdır.

Qeyd etmək lazımdır ki, Rizvan.Net saytı İslam maarifini yaymaq məqsədilə müxtəlif mövzularda digər yazar və mənbələrdən əldə etdiyi məqalə, şəkil, audio və video fayları müsəlmanların istifadəsi üçün öz səhifələrində yerləşdirir. Çalışırıq ki, bacardığımız qədər mənbələri mətnin sonunda ya münasib yerdə qeyd edək. Lakin etiraf edirik ki, səriştəsizlikdən bəzi hallarda bu məqsədə nail ola bilmirik və məqalə yaxud hər hansı bir material mənbə zikr olmadan saytda yayılır. Fürsətdən istifadə edib oxucular və başlıca əsər sahiblərindən xahiş edirik, etirazları olduğu təqdirdə saytın ünvanına məktub göndərməklə idarə heyətini məlumatlandırsınlar. Söz veririk əsər sahibi yayıma razılıq verməzsə dərhal yayım tərəfimizdən dayandırılacaqdır. Xatırlatmaq istərdik, hər kəs Rizvan saytının materiallarından istifadə edə bilər və istinad zəruri deyil.

Əziz Oxucu! Hər zaman sizin xeyirli dualarınıza ehtiyacımız var, lütfən bizi dualarınızda unutmayın.

Hörmətlə: Redaksiya


Baş redaktor: Höccətül-İslam Rəsul Mahmudzadə

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!