597
İslami elmlərdə nəzər sahibi olan kamil alim və fəqih Ayətullah Şeyx İbrahim Şirvani hicri-qəməri tarixi ilə 13-cü əsrin əvvəllərində Şirvan torpağında dünyaya gəlmişdir.
İlk təhsilini öz vətənində aldıqdan sonra təhsilini artırmaq üçün Nəcəfi-Əşrəfə yola düşür. Bu şəhərdə məşhur alimlərdən, o cümlədən Şeyx Məhəmməd Həsən Nəcəfidən (“Cəvahirul-kəlam” kitabının müəllifi) lazımı qədər bəhrələnir və bu müqəddəs diyarda ictihad dərəcəsinə çatır. Alimin əsərlərindən iki cilddə yazılmış “Мəbaniul-fiqh” kitabını qeyd etmək olar. Təxminən 1854-cü ildə dünyasını dəyişir.
Kitabın adı: Azərbaycan alimlərinin həyatı
