Hz. FATİMƏ (əs) ADININ MƏNASI

75

Adətən, hər bir ad, sahibinin halını, necəliyini bəyan edir. Əlbəttə, bu, ad qoyan şəxsin hikmətli olmasına bağlıdır. Hədislərdən də anlaşıldığı kimi, Fatimətuz-Zəhraya (əs) ad qoyulması mütləq hikmət sahibi olan Allah-Təala tərəfindan reallaşmışdır. “Fatimə” sözünün kökü «fətm» (uşağın ana südündən kəsilməsi) məsdəridir və mütləq mənada «ayrılıq» mənasında işlədilir.

İslami hədislərdə bu barəda deyilir:
Peyğəmbər-əkrəm (s) buyurmuşdur: «Ona Fatimə adını qoydu. Çünki Allah-Təala onu və sevənlərini Cəhənnəm odundan uzaq tutmuşdur.»1

İslam Xanımını (əs) bu adla adlandırmış Allah özü Onu və sevənlərini cəhənnəmdən uzaq tutacağı vədini vermişdir.

Başqa bir hədisdə Əmirəl-möminin İmam Əli (ə) buyurur: «Rəsuli-əkrəm (s) Fatimədən (əs) soruşdu «Fatimə, bilirsənmi ki, niyə bu adla adlanmısan?»
İmam Əli (ə): «Ey Allahın Rəsulu, siz deyin, onun adi niyə Fatimədir?»
Hz. Peyğəmbər (s) buyurdu: «Çünki Allah-Təala onu və övladlarını Qiyamət gününün odundan saxlayacaqdır»2

Burada «övladlar» dedikdə, bu böyük ananın şiələri və yolunda olanlar nəzərdə tutulur, Hz. Nuhun oğlu kimilər yox. Allah-Təala buyurdu: «Ey Nuh, o sənin ailə üzvün deyil!»3

Elə buna görə də, bəzi hədislərdə «övladları» və «dostlar» kəlmələri yanaşı işlənmişdir, yuxarıdakı hədislərdən əldə ediləcək «Xanımın dostları va ardıcılları bir sıra günahlara bulaşıb və hətta kafir və müşrik olsalar belə, Qiyamətdə ilahi əzabdan qurtulacaqlar!» qənaəti səhvdir və heç bir islami meyarlara uyğun gəlmir! Bu pak ağacın kökü olan Peyğəmbəri-əkrəmə (s) Qurani-Məciddə xitab olunaraq belə deyilir: «Əgər (fərz etsək ki,) sən müşrik olarsansa, bütün əməllərin puç olar va ziyankarlardan olarsan.»4

Başqa bir yerdə buyurur: «Əgər o bizə yalan bağlasaydı, Biz onu qüdrətimizlə yaxalayar və ürəyinin damarını qırardıq”5

Köməkçi hissəsinin əsasdan üstün olması mümkndürmü?! Hz. Peyğəmbərin (s) övladları onun özündən üstün ola bilərmi?!

Əlbəttə, Peyğəmbər (s) nə şərik qoşdu, nə də Allaha yalan bağladı, Yuxarıdakı ayələr, əslində, ümmət üçün böyük bir dərsdir.

Bu, seyidlərin ümmət içərisindəki hörmət və yüksək məqamları ilə bir ziddiyyət təşkil etmir.

Ərəblərdə bir adət var: onlar addan savayı özlərinə gələcək övladlarının adını nəzərdə tutaraq künyə də götürürlər. Şəxs kişidirsə, künyəsi «əb», qadındırsa, künyəsi «ümm» kəlməsi ilə başlayır və üstəgəl uşağın adı.

İslami mətnlərdə Fatimətuz-Zəhranın (əs) künyələrinin içərisində bașqalarına o Xanımın əzəmət sahibi olduğunu xatırladan çox qəribə bir künyəsi vardır.

Aşağıdakı hədisə diqqət edək:
İbn Əsir Cəzərinin «Usdul-ğabə fi mərifətis-səhabə» kitabında nəql olunur: «کانت فاطمة تکنی ام ابیها» «Fatimənin künyəsi «Ümmü-əbiha» (atasının anası) idi.»6

Bu mətləb İbn Əbdül-Birr Qurtubinin «Əl-istiab fi mərifətil-əshab» («İstiab») kitabında İmam Sadiqdən (ə) də nəql olunmuşdur: «Bu künyə başqa heç bir müsəlman qadın üçün işlənilməmişdir. Bu vəfalı qız atasına qarşı ananın övladına bəslədiyi məhəbbət kimi – həddən artıq məhəbbət bəslədiyi üçün belə adlandırılmışdır.

Peyğəmbəri-əkrəm (s) hələ kiçik yaşlarında anasını itimişdir. Amma bu qiz elə kiçik yașlarından atasına qarşı məbəbbətini əsirgəmədi. Atası üçün həm ürəyiyanan fədakar qız, həm mehriban ana və həm də vəfalı dost oldu.

Kitabın adı: Fatimə (əs) dünyanın ən üstün qadını
Müəllif: Ayətullah Nasir Məkarim Şirazi
Hazırladı: Rəsul Mahmudzadə


1. “Tarixul-Bəğdad”,c: 2, səh: 259
2. “Zəxairul-uqba”, səh: 26
3. “Hud” surəsi, ayə: 46
4. “Zumər” surəsi,(39), ayə: 65
5. “Haqqə” surəsi, ayə: 44-46
6. “Usdul-ğabə fi mərifətis-səhabə”, c: 5, səh: 520

Dərc edilib:

,