İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehi daima əldə tutmağın nə kimi bərəkət və təsirləri vardır?
Dini mənbələrimizdə İmam Hüseynin (ə) türbətinin bərəkət və təsirləri haqqında bir çox məlumatlar öz əksini tapmışdırdır. Lakin Seyyiduş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh barədə İmam Kazim (ə) belə buyurur: Şiələrimiz dörd şeydən ehtiyacsız qalmazlar: Üzərində namaz qıldıqları həsir, barmaqlarına taxdıqları üzük, dişlərini fırçaladıqları misvak və otuz üç dənəsi olan Seyyiduş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh. Hər vaxt bu təsbehlə zikr desə, Allah o zikrin müqabilində dörd savab yazar. Hər zaman zikr etmək yadından çıxsa və adət etdiyindən dolayı təsbehi zikrsiz çevirsə belə, Allah onun müqabilində iyirmi savab yazar.1
Bu hədisin maraqlı tərəfi budur ki, İmam Hüseyn (ə) türbətindən hazırlanmış təsbehi hətta zikr demədən əldə saxlamağın belə savabı vardır.
Başqa bir rəvayətdə o Həzrətdən (ə) soruşulur: İmam Hüseynin (ə) türbətiylə zikr demək caizdir? Türbət hansısa bir fəzilətə malikdirmi? İmam (ə) cavabında buyurur: Seyyiduş-Şühədanın (ə) türbətindən daha fəzilətli nə ola bilər ki? Əgər bir şəxsin əlində türbətdən hazırlanmış təsbeh varsa və onu zikr etməyi unudaraq, boş əlində çevirsə belə onun üçün zikr savabı yazılar.2
Mənbə: islamquest.net/az
Hazırladı: Rəsul Mahmudzadə