QADINLARA NƏSİHƏT EDİN

31

QADIN İTAƏTSİZLİK EDƏNDƏ KİŞİNİN VƏZİFƏSİ NƏDİR?

Qurani Kərim bu barədə belə buyurur:
“İtaətsizlik və özbaşınalıqlarından qorxduğunuz qadınlara nəsihət və moizə edin.”1

Moizə (nəsihət) olunan sözlər mehribanlıq və məhəbbətlə dolu olmalıdır. Moizə günəş təki ona nur və istilik saçıb dəlil-sübut əsasında olmalıdır. Lakin diqqət etmək lazımdır ki, insanların ruhiyyəsi bir-birindən fərqlənir. Məsələn, qadınlarla söhbətdə atifəli, zərif dəlillərdən istifadə etmək lazımdır, sırf dəqiq əqli dəlillərin lazımlı təsiri yoxdur. Belə ki, Qurani Kərim də dostluq və mehribanlığa işarə edərək buyurur: “Allah-Taala sizin aranızda məhəbbət və dostluq yaratdı.”

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ – الروم: ۲۱

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır! (Rum surəsi: 21)

Buna əsasən əgər qadın vəzifələrinin yerinə yetirilməsində süstlük etsə, onu məhəbbətli və mülayim nəsihətlə moizə etmək lazımdır. Məsələn, evə daxil olub yoldaşınızı kədərli və yorğun görsəniz, özünüzdən çıxaraq onu danlamayın, əksinə mülayim və məhəbbətlə rəftar edib, bu cür rəftarın ailə münasibətlərinin soyuqluğuna səbəb ola bilməsini xatırladın.

BİR PSİXOLOQUN NƏZƏRİ
Psixoloqlardan biri bu barədə belə deyir: “Yaxşı kişi odur ki, evə daxil olmazdan əvvəl ayaqqabısına palçıq yapışmış olarsa onu təmizləyib sonra evə daxil olsun. Qəm-qüssə və narahatlıq da ayaqqabının altına yapışmış palçıq misalındadır ki, evə daxil olmazdan gərək təmizlənsin. Eləcə də ləyaqətli qadın evi süpürüb zibili otaqdan çıxartdığı kimi, ailə mühitindəki qəm-qüssə və narahatlığı da bir zibil kimi təmizləməlidir.”

Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Hazırladı: Rəsul Mahmudzadə

Dərc edilib: