ŞƏHİDLİK NƏDİR?

5

Şəhidlik nədir?

Şəhidlik odur ki, insan özünün ən uca və ən sevimli dünya sərvətini bəşəriyyət üçün faydalı olduğunu düşündüyü amal uğrunda qurban versin. Bu, ən gözəl insani dəyərlərdən biridir. Bu, Allahın bütün peyğəmbərlərininin arzusu və ilahi amalıdır. Bu dəyər bütün bəşəri idealların başında durur və heç bir maddi ölçüyə sığmır. Bu təfəkkürü qəbul etmək həqiqət yolunun mübarizlərinə düşmən cəbhəsinin hesablamalarını puça çıxarmaq qüdrəti bağışlayan heyrətamiz amildir. Təcrübə göstərib ki, bu amil düşməni çıxılmaz vəziyyətə və aciz duruma salır.1
Şəhidlik mənəvi dəyərlərin ən üstünüdür.
Müsəlman xalqların, İslam ümmətinin ucalığının zəmanətçisi, müqavimətin ən böyük səngəri və ən möhkəm qalası Allah yolunda cihaddır. Şəhadəti sadəlövh əməl kimi təqdim etdilər. Halbuki bunun özü cihadın arxasınca gələn ən üstün dəyərdir.2

Kitabın adı: ZƏRİF MƏQAMLAR (Dördüncü cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Hazırladı: Rəsul Mahmudzadə


1. Təbriz universitetinin şəhid tələbələrinin anım mərasimində çıxışından: 5 yanvar 2003.
2. İslam İnqilabının Böyük Rəhbərinin Bəsic Müqavimət Qüvvəsinin qərargahının səhər düzülüşü meydanındakı çıxışından: 2005

 

Dərc edilib: