Mərhum Şeyx Kəf`əmi “Bələdul-əmin” və “Misbah” kitablarında Seyid İbni Baqinin “İxtiyar” kitabına istinadən belə nəql etmişdir ki, hər kəs bu duanı mübarək Ramazan ayında hər gün oxusa Allah onun qırx illik günahlarını bağışlayar.
Səsləndirdi: Hacı Basim Kərbəlayi
Duanın ərəbcə mətni və oxunuşu:
اللّٰهُمَّ رَبَّ شَهْرِ رَمَضانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ، وَافْتَرَضْتَ عَلَىٰ عِبادِكَ فِيهِ الصِّيامَ، ارْزُقْنِى حَجَّ بَيْتِكَ الْحَرامِ فِى هٰذَا الْعامِ وَفِى كُلِّ عامٍ، وَاغْفِرْ لِىَ الذُّنُوبَ الْعِظامَ فَإِنَّهُ لَايَغْفِرُها غَيْرُكَ يَا ذَا الْجَلالِ وَالْإِكْرامِ.
Əllahummə Rəbbə şəhri Rəməzanəl-ləzi ənzəltə fihil-Quran, vəftərəztə əla ibadikə fihis-siyam, urzuqni həccə bəytikəl-həram fi hazəl-am və fi kulli am, vəğfir liyəz-zunubəl-izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya zəl-cəlali vəl-ikram.
Duanın Azərbaycan dilinə tərcüməsi:
Ey mənim Allahım, ey Ramazan ayının Rəbbi ki, Quranı onda nazil etdin və onda oruc tutmağı bəndələrinə vacib qıldın, bu il və gələcək hər il mənə həcc ziyarətini ruzi et. Mənim böyük günahlarımı əfv et, həqiqətən Səndən qeyri kimsə onları bağışlaya bilməz, ey şövkət və hörmət sahibi!