Əxlaqını gözəl et ki, hesab-kitabın asanlaşsın.
Müqəddəs İslam dini həmişə öz davamçılarını gözəl əxlaqa və insanlarla mehriban olmağa dəvət etmişdir. Onlara kobudluğu və sərtliyi qadağan etmişdir. Ona görə də İlahi peyğəmbərlərin (ə) hamısı gözəl əxlaqları və mülayim olmaqları ilə məşhur idilər. Çünki ancaq bu yolla insanlara təsir qoymaq olardı. Bu böyük insanlar İlahi risalətini yerinə yetirmək üçün insanlarla gülərüz və mehriban rəftar edər və onların ürəyini qazanardılar.
İlahi peyğəmbərlərin (ə) gözəl əxlaqa malik olan ən bariz nümunəsi Həzrət Peyğəmbər (s) idi. “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).
İmam Baqir (ə) buyurur: “İman cəhətdən ən kamil mömin, əxlaq cəhətdən yaxşı olandır”.
Gözəl əxlaqın dünya bərəkətləri:
– Dostluq bağlarını möhkəm edər. Əgər insanın əxlaqı gözəl olarsa həyatda çox sayda insanın rəğbətini və sevgisini qazanar. İnsanlar bu cür şəxslərlə oturub-durmaqdan ləzzət alarlar. Həzrət Peyğəmbər (s) buyurur: “Xoş üzlü olmaq dostluğu möhkəm edər”.
– Ömrü uzadar. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, yaxşı əməl və xoş əxlaq diyarları abad edər və ömrü uzadar”.
– Ruzini artırar. İmam Əli (ə) buyurur: “Ruzinin xəzinələri mülayimlikdə və xoş üzlü olmaqdadır”.
– Həyatın çətinliklərini hamar edər. İmam Əli (ə) buyurur: “Hər kimin əxlaqı gözəl olarsa, həyat yolları onun üçün hamar olar”.
Axirət bərəkətləri:
– Hesabı asanlaşdırar. İmam Əli (ə) buyurur: “Əxlaqını gözəl et ki, Allah hesabını asan etsin”.
– Günahları bağışlanar. İmam Sadiq (ə) buyurur: “Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da büdrəmələri əridər”.
– Cənnətə daxil olar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin cənnətə getməsi üçün ən çox imtiyazı – İlahi təqva və gözəl əxlaqdır”.
Mənbə: Erfan.ir
Hazırladı: Rəsul Mahmudzadə