MƏB`ƏS – BÖYÜK BAYRAMDIR

20

OXU (EY MUHƏMMƏD) YARADAN ALLAHIN ADI İLƏ!

Müsəlmanların ən böyük bayramlarından biri də “Məbəs” bayramıdır. Rəcəb ayının iyirmi yeddisi Həzrət Muhəmmədə (s) ilk İlahi ayələr nazil oldu və bununla da o Həzrətin (s) peyğəmbərlik dövrü başladı. اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ  – oxu yaradan Rəbbinin adı ilə». (Ələq surəsi, 1-ci ayə)

“Be’sət” – Terminologiyada Allah tərəfindən “Tanrı elçisi” olaraq seçilmək deməkdir. Hz. Muhəmmədin (s) rəsmi olaraq peyğəmbərliyə seçildiyi gün “məb’əs” adlanır. Müsəlmanlar “məb`əs”i böyük bayram hesab edirlər. Şübhəsiz bəşəriyyəti səadətin son pilləsinə ucalda biləcək “İslam” dininin gəlişi bayram kimi qeyd olunmağa layiqdir.

İmam Cavaddan (ə) “Besət” ya “məb`əs” bayramının əzəmətini təsdiqləyən belə bir rəvayət nəql olmuşdur:

روي عن أبي جعفر الجواد عليه‌ السلام قال: إن في رجب لليلة خير مما طلعت عليه الشمس وهي ليلة سبع وعشرين من رجب، فيها نبئ رسول الله صلى الله عليه وآله في صبيحتها، وإن للعامل فيها من شيعتنا أجر عمل ستين سنة (مصباح المتهجد – الشيخ الطوسي – الصفحة ٨١٣)

Rəcəb ayında elə bir gecə vardır ki, üzərinə Günəş saçan hər nədən üstündür və o Rəcəbin iyirmi yeddi gecəsidir. O gün Allah Rəsulu (s) sübh çağı peyğəmbərliyə çatmışdır. O gecəyə məxsus bəzi əməllər vardır ki, şiələrimiz onları yerinə yetirsələr altmış il əməlin əcrini qazanmış olarlar.

قال المهدی (عج): إنَّ اللَّهَ بَعَثَ مُحَمَّداً رَحمَةً لِلعالَمینَ و تَمَّمَ بِهِ نِعمَتَهُ (بحار الأنوار، ج ۵۳، ص ۱۹۴)

İmam Məhdi (əc) buyurmuşdur:
Allah (Hz.) Muhəmmədi aləmlərə rəhmət olaraq peyğəmbəriliyə seçdi və bununla nemətini sona yetirdi.

Digər rəvayətə əsasən “məbəs” günü tutulan orucun savabı yetmiş il orucun savabına bərabərdir.

Məb`əs bayramında qusl etmək, çoxlu salavat demək və Peyğəmbərlə (s) İmam Əliyə (ə) salam göndərmək və möminlərlə birlikdə şadlıq etmək bəyənilən əməllərdəndir.

Hazırladı:

Dərc edilib: