RƏCƏB AYININ GECƏLƏRİNƏ AİD NAMAZ

120

Tövsiyə olunur ki, Rəcəb ayı, hər gecə iki rəkət namaz qılınsın; beləki, hər rəkətdə “Həmd” (Fatihə) surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ardınca bir dəfə də “İxlas” surəsini oxuyun. Salamları dedikdən sonra əllərinizi göyə qaldırıb deyin:

لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ – لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ – يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لا يَمُوتُ – بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ وَ إِلَيْهِ الْمَصِيرُ- وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ – اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ وَ آلِهِ

La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, biyədihil-xəyru və huvə əla kulli şəy`in qədir, və iləyhil-məsir, və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Əllahummə səlli əla Muhəmmədin nəbiyyil-ummiyyi və alih.

(Allahdan başqa, heç bir tanrı yoxdur. O təkdir və şəriksiz. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. O dirildir və öldürür. Heç vaxt ölümə məruz qalmayan diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. Hamının qayıdışı Ona doğrudur. Uca və böyük Allaha bağlı olmayan başqa güc və qüdrət yoxdur. İlahi, bəşərdən biri olan Muhəmməd və onun Əhli-beytinə salam yetir!)

Sonra əllərinizi üzünüzə çəkin.

Peyğəmbərdən (s) nəql olunur ki, hər kəs bu əməli yerinə yetirsə, duası qəbul olar və ona altmış həcclə altmış ümrənin savabı verilər. (İqbalul-ə`mal: cild 2, səh.:630)

قَالَ رَسُولُ اَللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ: مَنْ صَلَّى فِي سِتِّينَ رَكْعَةً فِي كُلِّ لَيْلَةٍ مِنْهُ رَكْعَتَيْنِ يَقْرَأُ فِي كُلِّ رَكْعَةٍ مِنْهُمَا فَاتِحَةَ اَلْكِتَابِ مَرَّةً وَ قُلْ يَا أَيُّهَا اَلْكَافِرُونَ ثَلاَثَ مَرَّاتٍ وَ قُلْ هُوَ اَللَّهُ أَحَدٌ مَرَّةً فَإِذَا سَلَّمَ مِنْهُمَا رَفَعَ يَدَيْهِ وَ قَالَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ اَلْمُلْكُ وَ لَهُ اَلْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لاَ يَمُوتُ بِيَدِهِ اَلْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَ إِلَيْهِ اَلْمَصِيرُ وَ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ اَلْعَلِيِّ اَلْعَظِيمِ اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدِ اَلنَّبِيِّ اَلْأُمِّيِّ وَ آلِهِ وَ يَمْسَحُ بِيَدَيْهِ وَجْهَهُ فَإِنَّ اَللَّهَ سُبْحَانَهُ يَسْتَجِيبُ اَلدُّعَاءَ وَ يُعْطِي ثَوَابَ سِتِّينَ حَجَّةً وَ سِتِّينَ عُمْرَةً (إقبال الأعمال، جلد۲، صفحه۶۳۰)

Mənbə: Maidə.az

Hazırladı:

Dərc edilib: