İMAM ƏLİYYƏN-NƏQİNİN (ə) ŞƏHADƏTİ 🔈

75

Bu gün yer Peyğəmbərin (s) pak ailəsinə yenə qucaq açıbdır ki, bu dünyadan daha yaxşısında, övliyalar yanında ona həyat versin. Bu elə bir həyatdır ki, onları sevənlərin də burada payı vardır. Hansı ki, bu vədəni əziz Peyğəmbərimiz (s) vermişdir: “Mənim Əhli-Beytim (ə) Nuhun (ə) gəmisi kimidir, ona süvar olan nicat tapar, ondan ayrılan qərq olar”.

Rəcəb ayının 3-ü İmam Hadinin (ə) yəni onuncu imam Həzrət Əliyyən-Nəqinin (ə) şəhadət şərbətini içdiyi gündür. İmam Hadi (ə) qırx iki (42) yaşında şəhid edilərək İslam aləmini matəmə qərq etmişdir. O Həzrətin (ə) şəhadəti Samirra şəhərini qəm-qüssəyə bürüdü. Bütün şiələr və Əhli-Beyt (ə) sevərlər o parlaq gövhərin matəminə ağladılar və həmin ili qəm-qüssə ili adlandırdılar.

Abbasi xəlifəsi Mütəvəkkil, zahirdə İmam Hadini (ə) ehtiramla Samirra şəhərinə gətirsə də əslində onu təhqir etmək fikrində idi. Necə ki, Həzrət (ə) Samirra şəhərinə daxil olanda onu münasib olmayan yerdə sakin etdilər. O Həzrətin (ə) dostlarından biri bu məsələni İmama (ə) xatırlatdı. İmam (ə) cavabında buyurdu: “Allah, məqamını ucaltdığı şəxsi bu əməllərlə alçatmaq olmaz”.

Vilayət səmasının onuncu ulduzu İmam Hadi (ə) öz dostlarına “Cameə Ziyarəti”ni irs qoymuşdur. Biz şiələrin canı o Həzrətə fəda olsun ki, öz parlaq sözləri ilə bizi, Allahın əzəmətli asimanı ilə tanış etdi.  Bu ziyarətnamədə olan o nurlu kəlamlar İmam Hadinin (ə) elminin əzəmətindən xəbər verir.

Salam olsun sənə ey Peyğəmbər (s) balası.
Salam olsun ey mələklərin nazil olduğu ev sahibi.
Salam olsun sənə ey elm xəzinəsi.
Salam olsun sənə ey şiələrin onuncu rəhbəri.
Salam olsun sənə ey onuncu hidayət və imamət günəşi.
Salam olsun sənə ey hidayət edən imam və zülmətlərə saçan nur.
Salam olsun sənə ey yaxşıların bayraqdarı.
Allahın və mələklərin salamı olsun sənə.

Səsləndirdi: Şeyda Niyazova

İmam Hadi (ə) haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı linklərə müraciət edin.

İMAM HADİNİN (Ə) HƏYATI-1

İMAM HADİNİN (Ə) HƏYATI-2

Hazırladı:

Dərc edilib:

,