Əmirəl-möminin Əli (ə) buyurmuşdur: Deməyin “Ramazan”, lakin deyin “Ramazan ayı”, çünki siz bilmirsiniz “Ramazan” nədir!
قَالَ أَمِيرُ اَلْمُؤْمِنِينَ صَلَوَاتُ اَللَّهِ عَلَيْهِ: لاَ تَقُولُوا وَ لَكِنْ قُولُوا «» فَإِنَّكُمْ لاَ تَدْرُونَ مَا – (موسوعة أحاديث أهل البيت (ع) – الشيخ هادي النجفي – ج ٤ – الصفحة ٢٩٧)
İmam Baqir (ə) buyurmuşdur: Deməyin budur Ramazan və ya deməyin Ramazan gəldi və Ramazan getdi, çünki “RAMAZAN” Allahın adlarından biridir, Allah isə gəlib-getməz, ona görə ki, fani şeylər gəlib-gedəndir. Siz isə “Ramazan ayı” deyin, “ay” sözünü əlavə edin. Ad Allahın adı və “ay” sözü əlavə etdikdə olur aylardan birinin adı ki, Quran onda nazil olmuşdur …
سعد عن أَبِي جَعْفَرٍ عَلَيْهِ اَلسَّلاَمُ قَالَ:
كُنَّا عِنْدَهُ ثَمَانِيَةَ رِجَالٍ فَذَكَرْنَا ، فَقَالَ لاَ تَقُولُوا هَذَا رَمَضَانُ وَ لاَ ذَهَبَ رَمَضَانُ وَ لاَ جَاءَ رَمَضَانُ فَإِنَّ رَمَضَانَ اِسْمٌ مِنْ أَسْمَاءِ اَللَّهِ عَزَّ وَ جَلَّ لاَ يَجِيءُ وَ لاَ يَذْهَبُ وَ إِنَّمَا يَجِيءُ وَ يَذْهَبُ اَلزَّائِلُ وَ لَكِنْ قُولُوا ، فَالشَّهْرُ مُضَافٌ إِلَى اَلاِسْمِ وَ اَلاِسْمُ اِسْمُ اَللَّهِ عَزَّ ذِكْرُهُ وَ هُوَ اَلشَّهْرُ اَلَّذِي أَنْزَلَ فِيهِ اَلْقُرْآنَ جَعَلَهُ مَثَلاً وَعِيداً – (وسائل الشیعة، جلد۱۰، صفحه ۳۱۹)
“Ramazan” (ərəbcə yazılışı RƏMƏZAN-dır – رمضان) qızmar isti və qumlar üstünə günəşin saçması mənasında “rəməzə” sözündən götürülmüşdür. Şübhəsiz günahları buz kimi əridən bu mübarək ayın belə adlanmısının dərin hikməti vardır. Rəsulullah (s) bu ayın “Ramazan” adlanmasının səbəbini belə izah edir: Bu ay günahları əritdiyi üçün Ramazan adlandırılmışdır.
قال النبی صلی الله علیه و آله و سلم: إِنَّمَا سُمِّيَ رَمَضَانَ لِأَنَّهُ تُرْمَضُ فِيهِ اَلذُّنُوبُ أَيْ تُحْرَقُ – (مستدرک الوسائل و مستنبط المسائل، جلد۷، صفحه۴۸۴)
Peyğəmbərimiz Hz. Muhəmməddən (s) nəql olmuş hədisə görə demək olar ki, fiziki çətinliklərə qatlaşan insanın ruhu Ramazan ayında Tanrıya məhəbbət atəşində seyqəl tapır, günahlardan əmələ gəlmiş qatqılardan təmizlənir və mümkün qədər xalisləşir. Amma qeyd etmək lazımdır ki, Ramazan sözünün kökü “ilk payız yağışı” kimi digər məna da daşıyır. Uzun sürən quraqlıq və isti yay mövsümündən sonra toz-torpağı yatırmaqla təravət gətirən ilk payız yağışı kimi, Ramazan ayında Allahın nazil olan rəhməti günah çirkabında aludə olmuş insan ruhunu yuyub təmizləyir.
Başqa bir rəvayətdə Hz. Muhəmməd (s) peyğəmbərdən nəql olunmuşdur: Ramazan ayı, Allahın ayıdır. O ayda Allah yaxşı əməlləri neçə bərabər qəbul edər, günahları bağışlayar və o bərəkətli aydır. (Vəsailuş-Şiə, cild 7, səh.: 375)
قَالَ رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ: شَهْرُاَللَّهِ عَزَّ وَ جَلَّ وَ هُوَ شَهْرٌ يُضَاعِفُ اَللَّهُ فِيهِ اَلْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ اَلسَّيِّئَاتِ وَ هُوَ شَهْرُ اَلْبَرَكَةِ وَ هُوَ شَهْرُ اَلْإِنَابَةِ وَ هُوَ شَهْرُ اَلتَّوْبَةِ وَ هُوَ شَهْرُ اَلْمَغْفِرَةِ وَ هُوَ شَهْرُ اَلْعِتْقِ مِنَ اَلنَّارِ وَ اَلْفَوْزِ بِالْجَنَّةِ أَلاَ فَاجْتَنِبُوا فِيهِ كُلَّ حَرَامٍ وَ أَكْثِرُوا فِيهِ مِنْ تِلاَوَةِ اَلْقُرْآنِ وَ سَلُوا فِيهِ حَوَائِجَكُمْ وَ اِشْتَغِلُوا فِيهِ بِذِكْرِ رَبِّكُمْ وَ لاَ يَكُونَنَّ عِنْدَكُمْ كَغَيْرِهِ مِنَ اَلشُّهُورِ فَإِنَّ لَهُ عِنْدَ اَللَّهِ حُرْمَةً وَ فَضْلاً عَلَى سَائِرِ اَلشُّهُورِ وَ لاَ يَكُونَنَّ يَوْمُ صَوْمِكُمْ كَيَوْمِ فِطْرِكُمْ – (فضائل الأشهُر الثلاثة، جلد۱، صفحه۹۵)