BAĞIŞLANMAQ DUASI 🔈

81

Mərhum Əllamə Məclisi “Zadul-məad” kitabında yazır:

Mövla Əmirəl-möminin (ə) peyğəmbərimiz Həzrət Muhəmməddən (s) nəql edir: Hər kəs Rəcəb, Şəban və Ramazan ayının hər gecə və gündüzündə “Həmd (Fatihə)”, “Ayətul-kursi“, “Qul ya əyyuhəl-kafirun (Kafirun)”, “Qul huvəllahu əhəd (İxlas)”, “Qul əuzu birəbbil-fələq (Fələq)”, “Qul əuzu birəbbin-nas (Nas)” surələrini 3 dəfə oxuyub,

3 dəfəSubhanəllahi, vəl-həmdulillahi, və la ilahə illəllah vəllahu əkbər – və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim“,

سُبْحانَ اللّٰهِ، وَالْحَمْدُ لِلّٰهِ، وَلَا إِلٰهَ إِلّا اللّٰهُ، وَاللّٰهُ أَكْبَرُ، وَلا حَوْلَ وَلَا قُوَّةَ إِلّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيمِ

ardınca 3 dəfəƏllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd“,

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

3 dəfəƏllahumməğfir lilmumininə vəl-muminat“,

اللّٰهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِينَ وَالْمُؤْمِناتِ

400 dəfəƏstəğfirullahə və ətubu iləyh” desə Allah onun günahlarını bağışlayar, hətta əgər günahları yağış damcıları, ağacların yarpaqları və dənizlərin üzərində olan köpüklər qədər olsa.

أَسْتَغْفِرُ اللّٰهَ وَأَتُوبُ إِلَيْهِ

Hazırladı:

Dərc edilib: