Qədr gecəsində ehya1 saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir (savabdır):
1. Qüsl etmək. «Ehya gecəsinin qüslünü edirəm qürbətən iləllah».
2. Gecəni oyaq qalmaq sübh azanına qədər və imkan daxilində ibadətlə məşğul olmaq. İmam Baqir (ə) buyurub: Hər kəs Qədr gecəsini oyaq qalsa Allah onun günahlarını bağışlayar. Baxmayaraq ki, onun günalarının sayı göydəki ulduzların sayı, dağların ağırlığı və dənizlərin suyu qədər ola. (İqbalul-əmal)
3. Qədr gecəsinin namazı. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: «Qədr gecəsinin namazını qılıram qürbətən iləllah». Sübh namazı kimi iki rəkətlidir. Lakin hər “Həmd” surəsindən sonra 7 dəfə mübarək “İxlas” surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» (أسْتَغْفِرُ اللَّه وَأتُوبُ إلَيه) deyilir.
İmam Sadiq (ə) buyurur: «Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» (أسْتَغْفِرُ اللَّه وَأتُوبُ إلَيه) deyərsə, səcdədən qalxmamış Allah taala (cc) onun özünün və ata-anasının günahlarını bağışlayar.»
4. Quranı başa qoymaq, Allah taalanın (cc) və məsumlarımızın (ə) adlarına and verməklə Allahdan günahlarımızın bağışlanmasını istəmək, dünya və axirət hacətlərini diləmək.
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
اَللّهُمَّ اِنّی اَسْئَلُکَ بِکِتابِکَ الْمُنْزَلِ وَ ما فیهِ وَ فیهِ اسْمُکَ الاْکْبَرُ وَاَسْماَّؤُکَ الْحُسْنی وَ ما یُخافُ وَ یُرْجی اَنْ تَجْعَلَنی مِنْ عُتَقاَّئِکَ مِنَ النّارِ
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihismukəl-əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təc`ələni min utaikə minən-nar.
İlahi, Səndən nazil etdiyin Kitaba və onda olanlara, həmçinin onda olan Sənin ən böyük adının və ən gözəl adlarının, qorxulan və ümid bəslənənlərin hörmətinə Səndən istəyirəm ki, məni Cəhənnəmdən azad olanlardan qərar verəsən.
اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ کُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فیهِ وَ بِحَقِّکَ عَلَیْهِمْ فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّکَ مِنْکَ
Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli mu`minin mədəhtəhu fih. Və bihəqqikə ələyhim, fəla əhədə ə`rəfu bihəqqikə mink.
İlahi, bu Quranın haqqına, onu göndərdiyin şəxsin haqqına və onda təriflədiyin hər bir möminin haqqına və onlar üzərindəki haqqına, Sənin haqqını Səndən artıq bilən yoxdur – (Allahım).
Sonra Quranı baş üzərinə qoyub aşağıdakı adların hər birinə 10 dəfə anda veririk:
بِکَ یَا الله – Bikə ya Əllah (10 dəfə)
بِمُحَمَّدٍ – Bi Muhəmmədin (10 dəfə)
بِعَلِیٍّ – Bi Əliyyin (10 dəfə)
بِفاطِمَةَ – Bi Fatimətə (10 dəfə)
بِالْحَسَنِ – Bil-Həsəni (10 dəfə)
بِالْحُسَیْنِ – Bil-Husəyni (10 dəfə)
بِعلیّ بْنِ الْحُسَیْنِ – Bi Əliyyibnil-Husəyni (10 dəfə)
بِمُحَمَّدِ بْنِ عَلِیٍّ – Bi Muhəmməd ibni Əliyyin (10 dəfə)
بِجَعفَر بْنِ مُحَمَّدٍ – Bi Cəfər ibni Muhəmmədin (10 dəfə)
بِموُسی بْنِ جَعفَرٍ – Bi Musəbni Cəfərin (10 dəfə)
بِعلیِّ بْنِ مُوسی – Bi Əliyyibni Musa (10 dəfə)
بِمُحَمَّدِ بْنِ عَلِیٍّ – Bi Muhəmməd ibni Əliyyin (10 dəfə)
بِعَلِیِّ بْنِ مُحَمَّدٍ – Bi Əliyyibni Muhəmmədin (10 dəfə)
بِالْحَسَنِ بْنِ عَلِیٍّ – Bil-Həsən ibn Əliyyin (10 dəfə)
بِالْحُجَّةِ – Bil-Huccəti (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və hacətlər istənilir.
5. İmam Əli (ə) və İmam Hüseyn (ə) həzrətlərinin ziyarətnamələrini oxumaq.
6. 100 rəkət müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
7. Peyğəmbər (s) və Əhli-Beytinə (ə) salavat göndərmək.
8. Cövşən-kəbir duasını oxumaq
9. 100 dəfə lənət oxumaq Həzrət Əlinin (ə) qatillərinə. «Əllahumməl`ən qətələtə əmiril-muminin» (الَّلهُمَّ الْعَنْ قَتَلَةَ أَمِیرِ الْمُؤْمِنِین) (Yəni: «İlahi, Əlinin (ə) qatillərinə lənət et»).
10. 100 dəfə tövbə edib «Əstəğfirullahə rəbbi və ətubu iləyh» (أسْتَغْفِرُ اللَّه رَبِّی وَأتُوبُ إلَيه) demək.
1. “Ehya” (ihya) ərəb dilində diriltmək, “əhya” isə (həyy sözünün cəm forması) dirilər deməkdir.
