“Dəhv-ul-Ərz” axşamı və gününün fəzilət və əməlləri
Zil-qədə ayının 25-ci günü “Dəhv-ul-Ərz” günüdür. Bu gündə yer kürəsi su ilə örtülü olduğu halda qüdrət sahibi olan Allah Kəbə evinin altından torpağı genişləndirdi. Olduqca şərafətli olan “Dəhv-ul-Ərz” gecəsində Allahın rəhməti nazil olar.
Bu gecə ibadət etməyin çoxlu savabları var və Həsən ibn Əli Vəşşadan nəql olunan rəvayətdə belə deyir:
Mən uşaq olanda atamla Zil-qədə ayının iyirmi beşinci günün axşamı Həzrət İmam Rizanın (ə) yanında şam yedik.
Həzrət (ə) buyurdu: Bu gecə Həzrət İbrahim (ə) və Həzrət İsa (ə) anadan olub, torpaq Kəbə evinin altından genişlənib. Beləliklə kim bu günün gündüzünü oruc tutarsa sanki altmış il oruc tutmuşdur.1
Başqa bir hədisdə var ki, buyurur: Həzrət Qaim (əc) qiyam edəcək. Zil-qədə ayının 25-ci günü “Dəhv-ul-Ərz” günüdür. Bu gün, bir gündə oruc tutmaqla fəziləti bütün il boyu tutulan oruclardan üstün olan dörd gündən biridir.
Hədisə görə bu günün orucu yetmiş ilin orucuna bərabərdir və başqa bir hədisdə gəlib ki, bu gündə oruc tutmaq yetmiş ilin kəffarəsidir. Kim bu günün gündüzü oruc tuta axşamı ibadətlə məşğul olarsa onun üçün yüz ilin ibadəti yazılar və bu günün oruc tutanı üçün yer və göy arasında olan hər bir şey istiğfar edəcək.
“Dəhv-ul-Ərz” gününün əməlləri
Bu günə məxsus qüsl almaq, oruc tutmaq, ibadət və Allahı çoxlu zikr etməkdən əlavə iki əməl də, vardır:
Birinci: Şiə alimləri hədislərə əsasən bu günün əməlləri sırasında 2 rəkət namaz da qeyd ediblər. Bu namazın vaxtı günəş doğandan zöhrə qədərdir.
Namaz, hər rəkətdə “Həmd” surəsindən sonra 5 dəfə “Şəms” surəsi oxunaraq qılınır və salamlardan sonra deyilir:
لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
La həvlə və la quvvətə illə billahil-Əliyyil-Əzim
Allahdan başqa heç bir güc qüdrət yoxdur.
Davamında hacətlər istənilir və bu dua oxunur:
يَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ.
Ya Muqiləl-əsərati əqilni əsrəti, ya mucibəd-də`əvati əcib də`vəti, ya sami`əl-əsvati ismə` səvti, vərhəmni vətəcavəz ən səyyiati və ma indi, ya zəl-cəlali vəl-ikram.
Ey bəndələrinin büdrəmələrinə görə Özünü görməməzliyə vuran Allah, mənim büdrəmələrimi görməzdən gəl, ey dualari qəbul edən dualarımı qəbul et, ey səsləri eşidən səsimi eşit, mənə rəhm et, pisliklərimdən və məndə olan yaramazlıqlardan keç, ey İkram və Cəlal sahibi olan Allah!
İkinci: Aşağıdakı duanı oxumaq
Duanın ərəbcə mətni
اللَّهُمَّ دَاحِيَ الْكَعْبَةِ وَ فَالِقَ الْحَبَّةِ وَ صَارِفَ اللَّزْبَةِ وَ كَاشِفَ كُلِّ كُرْبَةٍ أَسْأَلُكَ فِي هَذَا الْيَوْمِ مِنْ أَيَّامِكَ الَّتِي أَعْظَمْتَ حَقَّهَا وَ أَقْدَمْتَ سَبْقَهَا وَ جَعَلْتَهَا عِنْدَ الْمُؤْمِنِينَ وَدِيعَةً وَ إِلَيْكَ ذَرِيعَةً وَ بِرَحْمَتِكَ الْوَسِيعَةِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ الْمُنْتَجَبِ فِي الْمِيثَاقِ الْقَرِيبِ يَوْمَ التَّلاقِ فَاتِقِ كُلِّ رَتْقٍ وَ دَاعٍ إِلَى كُلِّ حَقٍّ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَطْهَارِ الْهُدَاةِ الْمَنَارِ دَعَائِمِ الْجَبَّارِ وَ وُلاةِ الْجَنَّةِ وَ النَّارِ وَ أَعْطِنَا فِي يَوْمِنَا هَذَا مِنْ عَطَائِكَ الْمَخْزُونِ غَيْرَ مَقْطُوعٍ وَ لا مَمْنُوعٍ [مَمْنُونٍ] تَجْمَعُ لَنَا بِهِ التَّوْبَةَ وَ حُسْنَ الْأَوْبَةِ، يَا خَيْرَ مَدْعُوٍّ وَ أَكْرَمَ مَرْجُوٍّ يَا كَفِيُّ يَا وَفِيُّ يَا مَنْ لُطْفُهُ خَفِيٌّ الْطُفْ لِي بِلُطْفِكَ وَ أَسْعِدْنِي بِعَفْوِكَ وَ أَيِّدْنِي بِنَصْرِكَ وَ لا تُنْسِنِي كَرِيمَ ذِكْرِكَ بِوُلاةِ أَمْرِكَ وَ حَفَظَةِ سِرِّكَ وَ احْفَظْنِي مِنْ شَوَائِبِ الدَّهْرِ إِلَى يَوْمِ الْحَشْرِ وَ النَّشْرِ وَ أَشْهِدْنِي أَوْلِيَاءَكَ عِنْدَ خُرُوجِ نَفْسِي وَ حُلُولِ رَمْسِي وَ انْقِطَاعِ عَمَلِي وَ انْقِضَاءِ أَجَلِي اللَّهُمَّ وَ اذْكُرْنِي عَلَى طُولِ الْبِلَى إِذَا حَلَلْتُ بَيْنَ أَطْبَاقِ الثَّرَى وَ نَسِيَنِيَ النَّاسُونَ مِنَ الْوَرَى وَ أَحْلِلْنِي دَارَ الْمُقَامَةِ وَ بَوِّئْنِي مَنْزِلَ الْكَرَامَةِ، وَ اجْعَلْنِي مِنْ مُرَافِقِي أَوْلِيَائِكَ وَ أَهْلِ اجْتِبَائِكَ وَ اصْطِفَائِكَ وَ بَارِكْ لِي فِي لِقَائِكَ وَ ارْزُقْنِي حُسْنَ الْعَمَلِ قَبْلَ حُلُولِ الْأَجَلِ بَرِيئا مِنَ الزَّلَلِ وَ سُوءِ الْخَطَلِ اللَّهُمَّ وَ أَوْرِدْنِي حَوْضَ نَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ اسْقِنِي مِنْهُ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ وَ لا أُحَلَّأُ وِرْدَهُ وَ لا عَنْهُ أُذَادُ وَ اجْعَلْهُ لِي خَيْرَ زَادٍ وَ أَوْفَى مِيعَادٍ يَوْمَ يَقُومُ الْأَشْهَادُ اللَّهُمَّ وَ الْعَنْ جَبَابِرَةَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ بِحُقُوقِ [لِحُقُوقِ] أَوْلِيَائِكَ الْمُسْتَأْثِرِينَ اللَّهُمَّ وَ اقْصِمْ دَعَائِمَهُمْ وَ أَهْلِكْ أَشْيَاعَهُمْ وَ عَامِلَهُمْ وَ عَجِّلْ مَهَالِكَهُمْ وَ اسْلُبْهُمْ مَمَالِكَهُمْ وَ ضَيِّقْ عَلَيْهِمْ مَسَالِكَهُمْ وَ الْعَنْ مُسَاهِمَهُمْ وَ مُشَارِكَهُمْ. اللَّهُمَّ وَ عَجِّلْ فَرَجَ أَوْلِيَائِكَ وَ ارْدُدْ عَلَيْهِمْ مَظَالِمَهُمْ وَ أَظْهِرْ بِالْحَقِّ قَائِمَهُمْ وَ اجْعَلْهُ لِدِينِكَ مُنْتَصِرا وَ بِأَمْرِكَ فِي أَعْدَائِكَ مُؤْتَمِرا اللَّهُمَّ احْفُفْهُ بِمَلائِكَةِ النَّصْرِ وَ بِمَا أَلْقَيْتَ إِلَيْهِ مِنَ الْأَمْرِ فِي لَيْلَةِ الْقَدْرِ مُنْتَقِما لَكَ حَتَّى تَرْضَى وَ يَعُودَ دِينُكَ بِهِ وَ عَلَى يَدَيْهِ جَدِيدا غَضّا وَ يَمْحَضَ الْحَقَّ مَحْضا وَ يَرْفِضَ الْبَاطِلَ رَفْضا اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى جَمِيعِ آبَائِهِ وَ اجْعَلْنَا مِنْ صَحْبِهِ وَ أُسْرَتِهِ وَ ابْعَثْنَا فِي كَرَّتِهِ حَتَّى نَكُونَ فِي زَمَانِهِ مِنْ أَعْوَانِهِ اللَّهُمَّ أَدْرِكْ بِنَا قِيَامَهُ وَ أَشْهِدْنَا أَيَّامَهُ وَ صَلِّ عَلَيْهِ [عَلَى مُحَمَّدٍ] وَ ارْدُدْ إِلَيْنَا سَلامَهُ وَ السَّلامُ عَلَيْهِ [عَلَيْهِمْ] وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ.
Duanın oxunuşu
Əllahummə dahiyəl-Kə`bəti və faliqəl-həbbəti və sarifəl-ləzbəti və kaşifə kulli kurbətin, əs`əlukə fi hazəl-yəvmi min əyyamikəl-ləti, ə`zəmtə həqqəha və əqdəmtə səbqahə və cə`əltəha indəl-mu`mininə vədi`ətən və iləykə zəriətən və birəhmətikəl-vəsiəti, ən tusəlliyə əla Muhəmmədin əbdikəl-muntəcəbi fil-misaqil-qəribi yəvmət-təlaqi fatiqi kulli rətqin və dain ila kulli həqqin və əla əhli-bəytihil-ətharil-hudatil-mənari, dəaimil-cəbbari və vulatil-Cənnəti vən-nari və ə`tina fi yəvmina haza min ətaikəl-məxzuni ğəyrə məqtuin və la məmnuin, təcməu ləna bihit-təvbətə və husnəl-əvbəh,
Ya xəyrə məd`uvvin və əkrəmə mərcuvvin, ya kəfiyyu, ya vəfiyyu, ya mən lutfuhu xəfiyyun ultuf li bilutfikə və əs`idni biəfvikə və əyyidni binəsrikə və la tunsini kərimə zikrikə bivulati əmrikə və həfəzəti sirrikə vəhfəzni min şəvaibid-dəhri ila yəvmil-həşri vən-nəşri və əşhidni əvliyaəkə ində xuruci nəfsi və hululi rəmsi, vənqitai əməli, vənqizai əcəli,
Əllahummə vəzkurni əla tulil-bila iza hələltu bəynə ətbaqis-səra, və nəsiyəniyən-nasunə minəl-vəra və əhlilni darəl-muqaməti və bəvvi`ni mənziləl-kəraməh, Vəc`əlni min murafiqi əvliyaikə və əhlictibaikə vəstifaikə, və barik li fi liqaikə, vərzuqni husnəl-əməli qəblə hululil-əcəli, bəriən minəz-zələli, və suil-xətəli,
Əllahummə və əvridni həvzə nəbiyyikə Muhəmmədin səlləllahu ələyhi və alihi vəsqini minhu məşrəbən rəviyyən saiğən, həniən, la əzməu bə`dəhu və la uhəlləu virdəhu, və la ənhu uzadu, vəc`əlhu li xəyrə zadin və əvfa miadin yəvmə yəqumul-əşhadu,
Əllahummə vəl`ən cəbabirətəl-əvvəlinə vəl-axirinə və bihuquqi əvliyaikəl-mustə`sirin.
Əllahummə vəqsim dəaiməhum və əhlik əşyaəhum və amiləhum və əccil məhalikəhum vəslubhum məmalikəhum və zəyyiq ələyhim məsalikəhum, vəl`ən musahiməhum və muşarikəhum.
Əllahummə və əccil fərəcə əvliyaikə vərdud ələyhim məzaliməhum və əzhir bil-həqqi qaiməhum vəc`əlhu lidinikə muntəsira və biəmrikə fi ə`daikə mu`təmira,
Əllahumməhfufhu biməlaikətin-nəsri və bima əlqəytə iləyhi minəl-əmri fi ləylətil-qədri muntəqimən ləkə hətta tərza və yəuudə dinukə bihi və əla yədəyhi cədidən ğəzzən, və yəmhəzəl-həqqə məhzən və yərfizəl-batilə rəfzən,
Əllahummə səlli ələyhi və əla cəmii abaihi vəc`əlna min səhbihi və usrətihi, vəb`əsna fi kərrətihi hətta nəkunə fi zəmanihi min ə`vanihi,
Əllahummə ədrik bina qiyaməhu və əşhidna əyyaməhu və səlli ələyhi (əla Muhəmmədin) vərdud iləyna səlaməhu vəs-səlamu ələyhi [ələyhim] və rəhmətullahi və bərəkatuhu.
Duanın tərcüməsi
Ey mənim Allahım, ey Kəbəni genişləndirən və toxumu yaran və çətinlikləri döndərən, və hər bir giriftarçılığı aradan qaldıran, günlərindən olan haqqını böyük etdiyin, mövqeyini önə çəkdiyin, onu iman əhlinin yanında əmanət və Özünə tərəf vasitə qərar verdiyin bu gündə, Öz rəhmətinə xatir Səndən istəyirəm yaxın əhdi-peymanda, vüsal günü, bütün dolaşıqları açan, haqqa dəvət edən seçdiyin bəndən Muhəmmədə salam göndər, və eləcə onun yol göstərən, Allahın sütunları, Cənnət və Cəhənnəmin qəyyumları olan pak Əhli-beytinə, bizə arası kəsilməyən, qadağan edilməyən xəzinələrindən bəxşişlər əta et ki, tövbə etməyimizə və bizim üçün yaxşı qayıdış olmasına vasitə olsun.
Ey çağırılanların ən yaxşısı və ümid olunanların ən kəramətlisi, ey kifayət edən, vəfadar, ey lütfi gizli olan, lütfünlə mənə mərhəmət, əfvinlə xoşbəxt, köməyinlə məni təsdiq et, əmr sahiblərinin və sirrinin qoruyucuları hörmətinə mərhəmətlə (nəzər salıb) yad edərkən məni unutma, can verərkən, müşküllərimin başlayan çağı, əməllərim bitəndə, əcəlim yetişəndə öz yaxın bəndələrini – övliyanı yanımda hazır et.
İlahi, torpaq qatlarında çürüyərkən, unutqan insanlar məni unutduğu zaman məni xatırla, mənə əbədi bir yer və şərəfli bir məskən bəxş et, məni seçilmiş və sevimli dostlarından et və Səninlə görüşmü mənə mübarək elə. Ömrümün sonu çatmamış, azğınlıqdan, əsassız söz və korlanmış məntiqdən pak olduğum halda mənə gözəl əməl ruzi et.
İlahi mənə peyğəmbərin Muhəmmədin (Allahın ona və ailəsinə salamı olsun) hovuzuna daxil et və ondan mənə içizdir, elə bir içmək ki, sirab edicidir, rəvan və büllurdur ki, ondan sonra heç vaxt susamayım. şahidlərin qalxdığı gün ona daxil olmağa tərəddüd etməyim, mənə qadağan olmasın, onu mənim üçün ən yaxşı azuqə və ən kamil vədə yeri qərar ver.
İlahi, keçmiş və gələcək məğrur zülmkar hakimlərə lənət et, həmçinin övliyalarının haqqını mənimsəyənlərə lənət et. İlahi, (hakimiyyətlərinin) sütunlarını sındır və tərəfdarlarını və məmurlarını məhv et, tezliklə həlak olmalarına zəmin yarat, ölkələrini əllərindən al, yollarını onlara dar et və ortaqlarına və onlarla (zülmdə) şərik olanlara lənət elə.
İlahi dostlarının fərəcində tələs və onların talan olunmuş haqqlarını onlara qaytar, onlarən Qaimini haqq olaraq aşkar et, onu dininə köməkçi et, Sənin düşmənlərin üçün öz əmrinin sərkərdəsi qərar ver.
İlahi, qələbə mələklərini həmişə onun dövrəsində saxla, razı qaldığın qədər, dinin onun vasitəsilə və onun əliylə yeni olana qədər, haqq kamil şəkildə xalis olana qədər, batil hərtərəfli şəkildə uzaqlaşana qədər Qədr gecəsində ona verdiyin göstərişi, Öz intiqamını alan qərar ver.
İlahi, ona və bütün atalarına salam göndər, bizi onun yoldaşlarından və ailəsindən qərar ver. Qayıtdığı zaman bizi ruhlandır ki, əshabının sıralarında olaq.
İlahi onun qiyamını dərk etməyi (görməyi) bizə ruzi et, onun dövründə bizi hazır et və ona salam göndər və onun salamını bizə çatdır. Allahın salamı və rəhməti ona olsun.
1. Vəsailuş-şiə, 10-cu cild, səh.: 449
