XANIM XƏDİCƏ (əs) RƏSULULLAHLA (s) və ÖNCƏ

87

Xanım Xədicə (əs) Həzrət Muhəmmədlə (s) evlənməzdən öncə evli olubmu? Sualına cavab verməzdən öncə Həzrət Xədicənin (əs) fəzilətini və hətta ismətini sübut edən iki rəvayətə diqqətinizi çəkirik.

Xanım Xədicə (əs), Peyğəmbərin (s) xanımlarının ən yaxşısı və İslamı qəbul edərək Allah Rəsuluna (s) iman gətirən ilk qadın idi. O, bütün var-dövlətini İslamın inkişafı və Rəsulullahın (s) hədəfləri uğrunda infaq etdi.

O xanımın (əs) haqqında nə qədər danışılsa yeri var, amma İmam Baqirdən (ə) bu hədisi qeyd etməklə o Xanımın (əs) məqamını tanıtmağa cəhd edirik.

عَنْ زُرَارَةَ وَحُمْرَانَ وَمُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي جَعْفَرٍ (عليه السلام) قَالَ حَدَّثَ أَبُو سَعِيدٍ الْخُدْرِيُّ أَنَّ رَسُولَ اللَّهِ (صلى الله عليه وآله) قَالَ إِنَّ جَبْرَئِيلَ (عليه السلام) قَالَ لِي لَيْلَةَ أُسْرِيَ بِي حِينَ رَجَعْتُ وَقُلْتُ يَا جَبْرَئِيلُ هَلْ لَكَ مِنْ حَاجَةٍ قَالَ حَاجَتِي أَنْ تَقْرَأَ عَلَى خَدِيجَةَ مِنَ اللَّهِ وَمِنِّي السَّلَامَ

وَحَدَّثَنَا عِنْدَ ذَلِكَ أَنَّهَا قَالَتْ حِينَ لَقَّاهَا نَبِيُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ فَقَالَ لَهَا الَّذِي قَالَ جَبْرَئِيلُ فَقَالَتْ إِنَّ اللَّهَ هُوَ السَّلَامُ وَ مِنْهُ السَّلَامُ وَ إِلَيْهِ السَّلَامُ وَعَلَى جَبْرَئِيلَ السَّلَامُ

İmam Baqir (ə) Əbu Səid Xudridən Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir:
Gecə, meracdan qayıtdığım zaman Cəbrailə (ə) dedim: Məndən bir istəyin varmı? Dedi: İstəyim budur ki, Allahdan Xədicəyə salam yetir, həmçinin mənim salamımı ona çatdır.

Allahın rəsulu (s) Cəbrailin (ə) mesajını xanım Xədicəyə (əs) çatdıranda o cavab verdi: Həqiqətən Allah özü salamdır, salam ondan nəşət tapır (salamın təlim verəni Odur) və salam Ona tərəf yüksəlir (salamın mükafatını özü verir) və salam olsun Cəbrailə.1

Məhəmməd ibn İsmail Buxari yazır:

حدثنا قُتَيْبَةُ بن سَعِيدٍ حدثنا محمد بن فُضَيْلٍ عن عُمَارَةَ عن أبي زُرْعَةَ عن أبي هُرَيْرَةَ قال أتى جِبْرِيلُ النبي صلى الله عليه وسلم فقال يا رَسُولَ اللَّهِ هذه خَدِيجَةُ قد أَتَتْ مَعَهَا إِنَاءٌ فيه إِدَامٌ أو طَعَامٌ أو شَرَابٌ فإذا هِيَ أَتَتْكَ فَاقْرَأْ عليها السَّلَامَ من رَبِّهَا وَمِنِّي وَبَشِّرْهَا بِبَيْتٍ في الْجَنَّةِ من قَصَبٍ لَا صَخَبَ فيه ولا نَصَبَ

Cəbrail (ə) Həzrət Peyğəmbərin (s) yanına gələrək dedi:
Ey Allahın Rəsulu! Xədicə gəlir, özü ilə bir qab gətirir, içində ədviyyat (salad) ya yemək, ya içki var. (Hədisi söyləyən şəkk edərək deyir ki, bu üçündən biri olub qabda). Sənin yanına çatanda, Allahından ona salam yetir, həmçinin məndən və Onu cənnətdə mirvarilərdən tikilmiş, içində nə səs-küy, nə də yorğunluq olmayan bir evlə müjdələ.2

XANIM XƏDİCƏNİN (əs) PEYĞƏMBƏRDƏN (s) ÖNCƏ HƏYAT YOLDAŞI OLUBMU?
Sual bundadır ki, xanım Xədicə (s) Peyğəmbərdən öncə başqa bir kişi ilə evlənmişdi ya yox?

Bu sualın cavabı kifayət qədər şiə böyükləri və alimlərinin kitablarında mövcuddur. Onların hamısı bizim üçün möhtərəmdir yalnız burada mətləbin çoxluğuna görə ixtisarla qeyd edirik:

Bəziləri iddia edir ki, Həzrət Rəsulullahın (s) Aişə xanımdan başqa heç bir bakirə yoldaşı olmayıb. Xanım Xədicə (əs) haqqında isə belə deyirlər: O, Peyğəmbərdən (s) öncə Ətiq ibn Abdullah Məxzumi və Əbu Halə Təmimi adında iki nəfərlə evlənib ki, onlardan hətta övladları da olub.

Bu iddia görkəmli şiə alimləri tərəfindən qəbul edilmir; çünki bu sözlərin çox hissəsi siyasətçilər tərəfindən Quranın Kövsəri, Fatimeyi Zəhranın (əs) vücudunun zərfi olan xanımın bətninin müqəddəsliyi və paklığını hədəfə alan saxta uydurmalardır.

Əhli-sünnə alimlərindən olan Əbul-Qasim İsmail ibn Məhəmməd İsfahani bir başa deyir ki, Rəsulullahla (s) evlənəndə Həzrət Xədicə (əs) bakirə idi.

وكانت خديجة امرأة باكرة ذات شرف ومال كثير وتجارة تبعث بها إلى الشام فتكون عيرها كعامة عير قريش

Həzrət Xədicə, bakirə və çoxlu mal mal-dövləti ilə yanaşı etibarlı bir qadın idi. Ticarət karvanlarını Şam şəhərinə göndərərdi ki, onun karvanı bütün Qüreyşin karvanı qədər idi.

Əl-İsfahani, Əbul-Qasim İsmail ibn Məhəmməd ibn Əl-Fəzlul Timi (vəfatı 535 h.q), Dəlailul-Nubuvvət, 1-ci cild, səhifə 178

Əbul-Qasim Kufi şiə alimlərindəndir və bu haqda maraqlı bir sübut gətirir ki, siz əziz oxuculara təqdim edirik:

أن الإجماع من الخاص والعام من أهل الأنال ونقلة الأخبار على أنه لم يبق من أشراف قريش ومن ساداتهم وذوي النجدة منهم إلا من خطب خديجة ورام تزويجها فامتنعت على جميعهم من ذلك فلما تزوجها رسول الله صلى الله عليه وآله وسلم غضب عليها نساء قريش وهجرنها وقلن لها خطبك أشراف قريش وأمراؤهم فلم تتزوجي أحدا منهم وتزوجت محمدا يتيم أبي طالب فقيرا لا مال له، فكيف يجوز في نظر أهل الفهم أن تكون خديجة يتزوجها أعرابي من تميم وتمتنع من سادات قريش وأشرافها على ما وصفناه، ألا يعلم ذو التميز والنظر أنه من أبين المحال وأفظع المقال، ولما وجب هذا عند ذوي التحصيل ثبت أن خديجة لم تتزوج غير رسول الله

Çox sayda şiə və əhli sünnə tarixçiləri və hədis yazarları əsərlərində qeyd ediblər ki, müxtəlif zamanlarda Qüreyşin cavanları, igidləri, zəngin adamları, tacirləri, rəisləri, böyükləri xanım Xədicə ilə evlənmək üçün elçi gəlib, onunla evlənmək arzusunu izhar edirdilər. Amma Xədiceyi Kübra (əs) onların hamısına rədd cavabı verirdi. Allahın Peyğəmbəri (s) ondan elçilik edəndə Qüreyş xanımları ondan acıqlı və onun seçiminə etiraz edərək belə dedilər: sən Qüreyşin böyüklərinin evlilik təklifini rədd edib Əbu Talibin yetiminə hə dedin ki, yoxsulun birisidir, nə varı var, nə də dövləti.

Bu tarixi gerçəklikdən ağıl sahibləri nəticə çıxara bilər ki, necə oldu xanım Xədicə (əs) Qüreyşin böyükləri ilə evlənmədi, gedib Bəni Təmimdən olan tanınıb-bilinməyən, hər hansı xüsusi ictimai mövqeyə malik olmayan ərəblə evləndi?

Düşüncə sahibləri bilmirlərmi bu mətləb qeyri-mümkün və qəbul olunmaz bir sözdür?
Həqiqəti insaf və haqq naminə araşdıran və tarixi sənədləri təhlil edən hər bir tədqiqatçı üçün aydındır ki, Anamız xanım Xədicə (əs) Hz. Peyğəmbərdən (s) başqa heç kəslə evli olmamışdır.

Əl-Kufi Əbul-Qasim Əli ibn Əhməd ibn Musa ibn Əl-İmamil-Cavad Muhəmməd ibn Əli (vəfatı 352 h.q), Əl-İstiğasə kitabı, 1-ci cild, səhifə 70

BİR ŞÜBHƏYƏ CAVAB
İndi sual ortaya çıxır ki, əgər xanım Xədicə (əs) Peyğəmbərdən (s) öncə kimsə ilə evlənməmişdirsə Zeynəb, Rüqəyyə və Ümmü Külsüm kimin qızları idi? Görəsən onlar Peyğəmbərin (s) övladı idi?

Tarixçilərin yazdığına əsasən xanım Xədicənin (əs) Halə adında bir bacısı var idi. Halənin bir qızı var idi ki, onun da adı Halə idi. Sonra Təmimdən olan bir kişi ilə evlənmişdi ki, ondan da bir Hind adında qızı var idi. Bu Bəni Təmimdən olan kişinin başqa bir xanımı da var idi ki, ondan da Zeynəb və Rüqəyyə adında iki qızı var idi. Bu iki qızın anası dünyadan köçəndən sonra əri də dünyasını dəyişir. Bundan sonra xanım Xədicənin (əs) bacısı Halə dörd uşaqları – Hind, Halə, Zeynəb və Rüqəyyə – ilə başçısız qalır. Böyük ailəni dolandırmaq və idarə etmək təbii ki, bir xanım üçün çətin olduğundan Xanım Xədicənin (əs) bacısı ərinin ondan əvvəl olan uşaqlarını (Zeynəb və Rüqəyyəni) analarının qohumlarına tapşırır, öz uşaqlarını götürüb bacısının yanına gəlir. O gündən Xanım Xədicə (əs) bacısı uşaqlarına himadarlıq edir və onların tərbiyəsi ilə məşğul olurdu. Hətta Rəsulullahla (s) evlənən də uşaqlar Xədicə (əs) xanımla birgə Həzrətin (s) ailəsinə daxil olurlar. Güman edilir ki, o zaman Xədicə (əs) xanımın bacısı dünyasını dəyişmişdi, ya mümkündür təkrar evlilik yaxud maddi sıxıntılar ucbatından özünün uşaqları böyütmək və saxlamaq imkanı yox imiş.

Ərəblərin adət ənənəsinə əsasən Peyğəmbərin (s) “rəbibəsi”3 yerində olan o qızlar, getdikcə Həzrətin (s) qızları kimi tanındılar.


1. Biharul-ənvar, cild 16, səhifə 7, 5-ci bab
2. Əl-Buxariyyul-Cəvfi, Muhəmməd ibn İsmail Əbu Əbdullah (vəfatı 256 h.q), Səhihul-Buxari, cild 3, səhifə 1389, həmçinin cild 6, səhifə 2723
3. Rəbibə – qadının öncəki ərdən olan övladına deyilir

Hazırladı:

Dərc edilib: